Həbibin növbəti döyüşünün vaxtı açıqlandı

Həbibin növbəti döyüşünün vaxtı açıqlandı

22.03.2019

22:59

UFC üzrə yüngül çəkidə çempion Həbib Nurməhəmmədovun növbəti dəfə rinqə çıxacağı tarix müəyyənləşib.

Hakimiyyət.com-un xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, sentyabrın 7-də növbəti döyüşünə çıxacaq. 30 yaşlı döyüşçücünü rəqibinin kimliyi isə hələlik açıqlanmayıb.

Xatırladaq ki, H.Nurməmmədov irlandiyalı Konor Makqreqorla döyüşdən sonra etdiyi hərəkətlərə görə Nevada ştatının Atletika Komissiyası tərəfindən 9 ay müddətinə yarışlardan kənarlaşdırılıb. O,  həmçinin 500 min dollar cərimələnib.

PAYLAŞMAQ: