QARABAĞ PROBLEMİNİN HƏLLİ YOLUNDA ƏNGƏLLƏR VƏ FAKTLAR

QARABAĞ PROBLEMİNİN HƏLLİ YOLUNDA ƏNGƏLLƏR VƏ FAKTLAR

Mart 25, 2019
Vəkil Rövşən Qasımov adlı şəxsin şəkli.Azərbaycan üçün ən ciddi problem Dağlıq Qarabağ münaqişəsinin hələ də nizamlanmamış olaraq qalmasıdır. Bu problem Azərbaycanın sosial-iqtisadi inkişafını məhdudlaşdırır və hətta gələcək perspektivlərini belə təhdid edir.

Təbii ki, bu problem nizamlanacağı təqdirdə, Azərbaycan ağır yükdən xilas ola, hərbi xərclərini azalda, silah-sursata xərclənən maliyyə vəsaitinin əhəmiyyətli bir hissəsini digər önəmli sahələrin inkişafına yönəldə bilər.
Bu problem nizamlanacağı təqdirdə, Azərbaycan ağır yükdən xilas olar, hərbi xərclərini azaldar, silah-sursata xərclənən maliyyə vəsaitinin əhəmiyyətli bir hissəsini digər önəmli sahələrin inkişafına yönəldə bilər.
Dağlıq Qarabağ münaqişəsi nizamlanacağı təqdirdə, Azərbaycana qarşı supergüclərin, xüsusilə də Rusiyanın əsas təzyiq mexanizmlərindən biri aradan qalxmış olar. Və rəsmi Bakı Cənubi Qafqazda daha sərbəst regional siyasət yürütmək imkanları qazanar.
Ancaq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması qarşısında kifayət qədər ciddi əngəllər də mövcuddur. Belə ki, bir tərəfdən, Ermənistan mövcud status-kvonu qorumaq üçün qeyri-konstruktiv mövqe tutur, münaqişənin nizamlanma prosesini dalana sürükləyir. Digər tərəfdənsə, xüsusilə Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına açıq-aşkar imkan vermir.
Əslində rəsmi Bakı artıq bir neçə dəfə Dağlıq Qarabağ münaqişəsini öz yöntəmləri çərçivəsində həll etməyə çalışıb. Hətta Azərbaycanın lokal xarakterli hərbi əməliyyatlar keçirmək niyyətinin olması barədə də məlumatlar mövcuddur. Həmin məlumatlara görə, rəsmi Bakı vaxtilə işğal altındakı ərazilərdə hərbi əməliyyatlardan son anda imtina edib. Və bu imtinada bəzi superdövlətlərin səhnəarxası diplomatik fəaliyyətinin, hətta Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müəyyən vədlərin verilməsi barədə də qeyri-rəsmi məlumatlar mövcuddur.
Son vaxtlar Azərbaycanın yenidən hərbi əməliyyatlara hazırlaşması barədə ehtimallar gündəmə gəlib. Ordumuzun hərbi döyüş hazırlığının Ermənistanın silahlı qüvvələrini dəfələrlə üstələdiyi xarici ekspertlər tərəfindən də etiraf olunur. Son illərdə Azərbaycanın xarici dövlətlərdən, xüsusilə də Qərb ölkələrindən aldığı yeni hərbi texnika Ermənistan üzərindəki əzici üstünlüyü təmin edir.
Azərbaycanın Müdafiə Nazirliyindəki kadr dəyişikliklərindən sonra isə Ermənistandakı isterika daha da gücləndi. Belə ki, Ermənistan rəsmiləri general-polkovnik Zakir Həsənovun müdafiə naziri təyin edilməsini Azərbaycanın yaxın gələcək üçün savaşa hazırlaşmasının ən ciddi əlaməti kimi dəyərləndirirlər. Onlar iddia edirdilər ki, bu kadr dəyişiklikləri savaş ərəfəsində Azərbaycan ordusunun daha da gücləndirilməsinə hesablanıb. Və general-polkovnik Zakir Həsənovun müdafiə naziri təyin olunması Azərbaycanın Silahlı Qüvvələrinin başına radikal savaş generallarının gətirilməsi anlamını daşıyır.
Azərbaycanın savaşa hazırlığın yeni mərhələsinə daxil olduğunu iddia etmək üçün müəyyən əsaslar mövcuddur. Hər halda, “havadan barıt qoxusu” hiss edilməyə başlamış kimi görünür…
Azərbaycanda erməni separatçılarının ərazi iddiası ilə gündəmə gələn, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi ilə davam edən Qarabağ münaqişəsinin kökü XVIII əsrdən başlayan Rusiyanın Qafqaz ekspansiyası siyasətinə bağlıdır.
Rus imperiyasının erməniləri Azərbaycan torpaqlarına yerləşdirməsi ilə əsası qoyulan problem ötən əsrin əvvəllərindən başlayaraq dəfələrlə lokal münaqişə şəklində baş qaldırmış və hər iki tərəfə faciəvi itkilər yaşadan qanlı qarşıdurmalara çevrilmişdir. 1988-ci ildə ermənilərin torpaq iddiaları ilə münaqişə yenidən alovlanmış, tərəflər üçün ötən illərdən daha böyük faciə şəklini almış, minlərlə insan həlak olmuş, Qarabağda yaşayan bir milyona yaxın azərbaycanlı əhali ev-eşiyindən qaçqın düşmüşdür. Qarabağ münaqişəsi bu günə kimi Cənubi Qafqazda sabitliyə, inkişafa və avrointeqrasiyaya ciddi əngəl törətməkdədir.
XVI əsrdə Azərbaycan Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını, o cümlədən Qarabağı 4 bəylərbəyliyindən ibarət inzibatı əraziyə bölmüşdü. Səfəvilərin zəifləməsi və aradan qalxmasından sonra Azərbaycan torpaqları müstəqil və yarımmüstəqil xanlıqlara, bəyliklərə parçalandı.
XVIII əsrdə Nadir Şah bir daha Azərbaycan ərazilərini mərkəzləşdirilmiş dövlətdə birləşdirdi, lakin bu, uzun sürmədi. Nadir Şahın ölümündən sonra Azərbaycan yenə xanlıqlara parçalandı. Bu parçalanma dövründə Pənah Əli Cavanşir XVIII əsrin ortalarında Qarabağ Xanlığını qurdu.
1805-ci ildə Qarabağ xanı İbrahim Xan Rusiya silahlı qüvvələrinin komandanı Sisyanov ilə Kürəkçay müqaviləsini imzaladı. Qarabağ Xanlığını Müsəlman-Azərbaycan torpağı kimi Rusiyaya birləşdirən bu müqaviləni rus hökuməti Qarabağın süveren hakimi İbrahim Xanla bağladı. Lakin Azərbaycan torpaqlarından yarısından çoxunu özündə birləşdirən İran Qacar dövləti Qarabağı bir müddət ruslardan geri almış, 1826-cı ildə isə Rusiya Qarabağı yenidən işğal etmişdir.
1825-1826-cı illərdə Qacar hakimiyyəti altında olan torpaqlardan Azərbaycanın şimalına, o cümlədən İrəvan və Qarabağ bölgəsinə 18 min erməni köçürülmüşdür.
1828-ci ildə Rusiya ilə Qacar dövləti arasında Türkmənçay müqaviləsi bağlandı. Bu müqavilənin 15-ci maddəsinə əsasən Rusiyanın nəzarətində olan Azərbaycan torpaqlarına 50 min erməni köçürüldü.
1829-cu ildə Osmanlı və Rusiya imperiyaları arasında bağlanan Ədirnə Müqaviləsinə əsasən Qarabağ bölgəsinə 84 min erməni köçürüldü. Bu köçürmələrə qədər Qarabağda cəmi beş erməni kəndindən ibarət məlikliklər (yerli özünü idarəetmə) olmuşdur.
Rusiya sənədləşmə tarixinin apardığı qeydiyyatlara əsasən həmin köçürmə müddətində indiki Türkiyə və İran ərazilərindən Qafqaza bir milyondan çox erməni köç etmişdir. Bununla da Rusiyanın Qafqazda erməni dövləti qurması planları addım-addım həyata keçirilməyə başlamışdır.
1985-ci ildə SSRİ-də Qorbaçov hakimiyyətə gəldi, bununla da sovet cəmiyyətində yeni ictimai-siyasi ab-hava başladı. Qeyd etmək lazımdır ki, sovet dövründə Ermənistanla birləşmək üçün DQMV-dən mərkəzi hakimiyyətə dörd dəfə müraciət olunmuş və rədd cavabı alınmışdı. Bu fürsətdə də erməni ictimai xadimləri mövcud Ermənistan Respublikası torpaqlarını genişləndirmək məqsədi ilə bəyanatlar verməyə və Qarabağı Azərbaycandan qoparmaq üçün fəaliyyətə başladılar.
Bu kimi bəyanatlar Azəbaycanda böyük gərginliklər doğurdu və cəmiyyəti 2 cəbhəyə böldü: bu bəyanatlara və Moskvanın ikibaşlı siyasətinə etiraz edən milli qüvvələrə və gözünü Kremlə dikmiş yerli hakimiyyətə.
Moskvanın Azərbaycan Respublikasının ərazi toxunulmazlığını sözdə təsdiq etməsi, eyni zamanda ermənilərin də Qarabağda güclənərək silahlanmalarını təmin etməsi, erməni separatçılarının ərazi iddialarına ilıq yanaşmalar 1988-ci ildən Azərbaycan xalqını meydanlara çıxardı.
Mövcud situasiyalar üçün təcrübəsiz olan hakim Azərbaycan Kommunist Partiyası ölkədəki siyasi vəziyyətdən çaşqın halda idi. AKP Kremldən gələn təlimatlara əməl etməyə çalışaraq gah repressiv tədbirlərə əl atır, gah da xalqın təzyiqi ilə qərarlar qəbul edirdi. Lakin bu çıxılmaz vəziyyətdən qurtulmaq üçün heç bir təşəbbüs irəli sürə bilmirdi.
1993-cü ilin sonunda, altı rayonun işğalından sonra prezident H.Əliyev siyasi partiyaları məsləhətləşməyə dəvət etdi və təkliflərini istədi. Partiyaların bəziləri bu görüşdən imtina etdi, bəziləri təkliflə, bəziləri əliboş getdi.
12 may 1994-cü il tarixdə atəşkəs imzalandı.
Atəşkəsdən sonra, 1994-cü ilin yayında Rusiya Qarabağ münaqişəsini həlli üçün “Böyük Siyasi Saziş” təşəbbüsünü öz üzərinə götürdü. Həmin sazişin məqsədi rus ordusunun münaqişə bölgəsinə göndərilməsi, həll problemini nəzarətdə saxlaması və gələcəkdə Rusiyanın Qafqazdakı mövqeyinin gücləndirməsindən ibarət idi.
20 sentyabr 1994-ildə 30 illik “Əsrin Müqaviləsi”nin imzalanması Qərbin Azərbaycanda mövqeyinin güclənməsi anlamına gəlir. Rusiya Azərbaycana olan maraqların artdığını görərək 16 mart 1995-ci il tarixdə Ermənistanla 25 illik hərbi müqavilə imzaladı. Bununla da özünün Ermənistanda hərbi baza yerləşdirmək fəaliyyətlərini rəsmiləşdirdi.
1995-ci ilin sonlarına qədər istər ATƏT-in Minsk qrupunun fəaliyyəti, istərsə də Moskva danışıqları heç bir nəticə verməmişdir. Səbəb erməni tərəfin əvvəlcə statusun təyin olunması ilə bağlı tələbləri, Azərbaycan tərəfin isə əvvəlcə işğalçı qüvvələrin Şuşa və Laçının boşaldılmasını istəməsi idi.
Azərbaycan itirilmiş torpaqlarının geri qaytarılması istiqamətində səy göstərsə də, böyük dövlətlərin regionla bağlı toqquşan maraqları və bölgədə hegemonluq ambisiyaları Qarabağ münaqişəsinin həlli prosesini yubadır. Əslində Qarabağ probleminin çözümü ilə əlaqədar vasitəçilik missiyasını yerinə yetirmək üçün yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Rusiya, ABŞ, Fransa olduğunu nəzərə alsaq münaqişənin Azərbaycan xeyrinə həlli barədə ürək açan proqnozlar vermək olmaz. Neçə ildir varlığı ilə yoxluğu hiss olunmayan ATƏT-in Minsk Qrupu yalnız daban-dabana zidd bəyanatlar verməklə kifayətlənir. Ona görə də münaqişənin nizamlanması üçün Qarabağ probleminin “həllini” möhtəşəm üçlüyün monopoliyasından çıxarmaq barədə də fikirlər səslənir.
Azərbaycan hakimiyyəti isə dəfələrlə bəyan edib ki, işğal olunmuş ərazilərimizin azad olunması üçün hərb variantı istisna olunmur. Lakin münaqişənin sülh danışıqları yolundan da imtina etmək niyyətində deyil. BMT-nin 4 qətnaməsinin icra edilməməsi isə Xristian inacına malik olan dövlətlərin əzəli və qədimi Azərbaycan torpaqlarına sonradan yaradılmış xristian inacına malik olan ermənistanın açıq aşkar müdafiə olunmasının bariz nümunəsidir.
Azərbaycanın hakim partiyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxalifət-iqtidar dialoqunun başlamasının tərəfdarıdır.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edilərkən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair öhdəlik götürüb. Öhdəliklərə dair sənədə Azərbaycan rəhbərliyi ilə yanaşı, müxalifəti təmsil edən Azərbaycan Xalq Cəbhəsi, Milli İstiqlal, Müsavat, Azərbaycan Demokrat və Azərbacyan Liberal partiyalarının rəhbərləri də imza atıblar..
Iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 – ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 – cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 -cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.
Ermənistan Rusiyanın forpostudur və Kreml problemi hansı formada həll etmək istəsə, Yerevan bununla razılaşacaq. Onu da vurğulayaq ki, Ermənistanın baş naziri Nikol Paşolyan türklərə və Azərbaycana aşırı nifrəti ilə tanınır. O, daha radikal şüarlar səsləndirir. Bu məsələdə heç kəs reallığı qəbul edə bilməz. Levon Ter-Petrosyanın acı taleyi erməni siyasətçilərinə bir dərs oldu.
Yeni erməni hakimiyyətinin diplomatik kursu dəyişmədi. Dağlıq Qarabağ münaqişəsinə münasibət daha da sərtləşdi. Yeni iqtidar iqtisadiyyatda diasporun iştirakını genişləndirməklə, Avropa ilə daha sıx əlaqələr qurmağa çalışır.
Serj Sarqsyanın istefası ilə Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaq. Ancaq yeni gələcək baş nazir Rusiya və Qərb arasında manevr etmək imkanında deyil. Ermənistan Rusiyanın təsir dairəsindədir. Kreml Sarqsyanı qorumaq istəmədi, ancaq bu, o demək deyil ki, Ermənistandan imtina etmək fikrindədir.
Serj Sarqsyanın istefası ilə Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başladılar və bu mübarizədə qərb meyilli Paşinyanın seçilməsi ilə qərb qalib gəldi.. Ancaq yeni gələcək baş nazir Rusiya və Qərb arasında manevr etmək imkanında deyil. Ermənistan Rusiyanın təsir dairəsindədir. Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradılmasında əsas məqsədlərdən biri Azərbaycan və Türkiyə arasında ola biləcək bir başa torpaq sərhədinin aradan qaldırılması olmuşdur.
Lakin Ermənistanın yeni xarici işlər naziri, Nikol Paşinyanın qərbyönlü kadrlarından sayılan Zoqrab Mnatsakanyanın , Nikol Paşinyanın ilk Moskva səfərləri , uğursuzluğa tuş gəldi. Erməni XİN başçısının və Paşinyanın xüsusən də Dağlıq Qarabağdakı separatçı rejimi birbaşa danışıqlara tərəf kimi qoşmaqla bağlı Rusiyadan umduğu dəstəyi ala bilmədi və əli ətəyindən uzun geri qayıtdı. Kreml məsələyə, yumşaq desək, isti yanaşması və Bakının razılığının vacib olduğunu söyləməklə, Bakını “nişan verməklə” erməni tərəfini əməllicə məyus elədi. Baş nazir Nikol Paşinyana Moskva nəinki bu məsələdə dəstək vermədi, üstəgəl, erməni tərəfi yalançılıqda günahlandırdı. Belə ki, Rusiya XİN rəhbəri Sergey Lavrov birgə mətbuat konfransında söylədi ki, erməni yetkililərinin iddia elədiyi kimi, rusiyalı həmsədr İqor Popov heç vaxt deməyib ki, Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir.
İndi məntiqlə əgər Ermənistanın 1 nömrəli müttəfiqi də Qarabağ şərtini rədd edirsə, demək, bu, N.Paşinyan hökumətinin xarici siyasətdə, o cümlədən Qarabağla bağlı siyasətində ilk ciddi fiaskosu sayıla bilər. Yəni Moskva işarə vurur ki, “köhnə bazara təzə nırx qoymaq” mümkün olmayacaq. Odur ki, N. Paşinyan da, onun baş diplomatı Mnatsakanyan da separatçı rejimi danışıqlar masası arxasında əyləşdirməklə bağlı sərsəm tələbi nə qədər tez unutsalar, bir o qədər özləri üçün xəyali olar.
Paşinyan dəqiq bilir ki, təklifi keçməyəcək. Hətta Ermənistanın xarici işlər naziri ilə görüşən Rusiya xarici İşlər naziri Sergey Lavrov da Paşinyana ümid yeri qoymadı. Lavrovun sözlərindən hasil olan nəticə budur ki, Azərbaycan etiraz edirsə, Qarabağ təmsilçilərinin danışıqlarda iştirakı mümkün olmayacaq.
Paşinyan və komandasının inqilab sonrası eyforiyaya uyaraq irəli sürdükləri absurd tələblər yavaş-yavaş, bir-bir fiasko olsa da, düşmən tərəf yeni sərsəm açıqlamalar verməkdən, “stəkanda fırtına” yaradıb Moskva və Bakını qorxutmaq taktikasından əl çəkmək istəmir.
Məsələn, Moskva səfərində pərt olan Z. Mnatsakanyan bir növ, özünü sındırmamaq və Ermənistanın guya suveren ölkə olduğunu isbatlamaq üçün Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində söyləyib ki, Ermənistan Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olmasına qarşı çıxacaq.
Ermənistanın yeni rəhbərliyi Moskvanı şantaj eləməkdə davam edir. Daha doğrusu, şantaja cəhd edir. Çünki Rusiya bu layihələrdə əsas söz sahibidir və hansısa ölkənin, o cümlədən Azərbaycanın ona üzvlüyü aktuallaşarsa, Rusiyadan asılı olan vassal Ermənistan buna əngəl yarada, Moskvanın sözündən çıxa bilməz.
İkinci yandan, rəsmi Bakı bir neçə dəfə bəyan edib ki, Ermənistan işğal altındakı ərazilərin heç olmasa, bir qismini qeyd-şərtsiz boşaltmağa başlamasa, onunla bu qurumda heç vaxt təmsil olunmayacaq. Bu mənada Mnatsakanyanın yuxarıdakı sitatı qabaqdangəlmişik və heç kəsə gərək olmayan özündən razılıq əlaməti kimi də qiymətləndirilə bilər. Yəni Paşinyan hökumətinin stəkanda daha bir “fırtına” yaratmaq cəhdindən savayı bir şey sayılmaz.
Az öncə isə yeni erməni rəhbərliyi Naxçıvan ətrafında başqa bir “fırtına” yaratmaq istəyirdi. Ancaq Azərbaycan Ordusunun həmin istiqamətdə lokal hərbi uğuru ilə o da sabun köpüyü kimi dağıldı. Daha sonra Ermənistandakı post-eyforiya havasına uyan təxribatçı-politoloq Levon Şirinyan belə bir sərsəm fikir söylədi ki, guya bu il “Naxçıvan məsələsini siyasi-hüquqi mənada” bağlayacaqlar.
Sitat: “Xarici İşlər Nazirliyində hesab edirlər ki, vəziyyət dəyişib və Naxçıvanın ”erməni torpağı” olması ilə bağlı siyasi-hüquqi sənədlər hazırlanacaq və beynəlxalq təşkilatlara veriləcək. Lazım olacaqsa, müharibəyə də başlayacağıq”.
Hələ Serj Sarkisyanın prezident olduğu dövrdə bu müzakirələr ortaya atılırdı. Ermənistanın Naxçıvana hücum planını aktuallaşdırmasının səbəbləri var. Bu ərazidə qoşunların təmas xəttində, işğal olunmuş ərazilərdə erməni və Azərbaycan orduları təkbətək üz-üzə dayanıb. Ermənilər başa düşürlər ki, müharibə başlasa, məğlub olacaqlar. Vurğunun Naxçıvan üzərində qoyulmasının məqsədi isə böyük dava salmaqdır.Onlar hücum edəcəklər, Qars müqaviləsinə görə, TürkiyəAzərbaycana köməyə gələrək, erməniləri məğlub edəcək. Türkiyə ordusu Ermənistanın ərazisinə girəndə Rusiya hərəkətə keçəcək, müttəfiqi olan Ermənistanı qorumağa çalışacaq. Bu zaman rəsmi Moskva Ankaraya müharibə elan etməlidir. Beləliklə, məsələ böyüyərək, təşkilatların – NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müharibəsinə çevriləcək. Aydın görünür ki, ermənilərin bu planının məqsədi Rusiya və Türkiyə arasında gərginlik yaratmaqdı..Tək Naxçıvan istiqamətində deyil, hətta Qarabağda da qoşunlarımız erməni qüvvələrindən qat-qat üstündür. Ona görə ermənilərin bu planı heç nəyə yaramayacaq.
Artıq şübhə yox ki, Ermənistanın yeni rəhbərliyinin əsas hədəflərindən biri Türkiyə və Rusiyanın arasını vurub özünü “sudan quru” çıxarmaqdır. Çünki ermənilər həmişə türk-rus yaxınlaşmasından ehtiyat ediblər. Xüsusən də iki ölkə arasında iqtisadi-siyasi, ticari-energetik və hərbi sahələrdə son illər dərinləşən əlaqələrin fonunda Qarabağ məsələsində ermənilərin ziyanına ola biləcək həll planlının gündəmə gəlməsindən ciddi təlaş keçirirlər.
Rusiya ilə və Türkiyənin arasını vurmaq hazırda ABŞ-ın da marağında görünür. Bu mənada “Qərbin adamı” sayılan Paşinyanın Amerikanın gizli diktəsi ilə Naxçıvanla bağlı yeni təxribatları istisna deyil). isə təbii ki, Türkiyə və Azərbaycanla yeni münaqişəyə girmək kimi planı yoxdur. Bu, ona əsla lazım deyil. Bu mənada Paşolyan hökunmətinin bu qəbildən şantaj taktikası yekun etibarilə düşmənə arzuladığı nəticəni gətirə bilməz. Ermənistandakı “məxməri inqilab”ın yaratdığı eyforiyanın tozu yatdıqca oradakı qaynar başlar buna əmin olacaq.
Bu gün ermənistanın tutduğu mövqe bu münaqişənin sülh yolu ilə həllini tapması imkanlarını azaldır.Lakin Azərbaycan iqtidarıson anadək bütün yoillaı axtarır ki , mümkün qədər Qarabağ problemini mühareibəsiz həll etsin..Bununla yanaşı Azərbaycnın ərazi bütövlüyüyn hərbi yolla həll imknlarından imtina etmir. Erministanda da yaxşı bilirlər ki , münaqişənin hərbi yolla həli Ermənistanın bir dövlət kimi mövcud olmasını sual altına alır. Paşolyan iqtidarı ermənistanı məhfə sürükləyir və bunu ermənistanda yaxşı bilirlər.
Münaqişənin həlli üçün ən doğru yol münaqişənin ədalətli həll yoludur. Azərbaycan xalqının ümimi rəyinə görə ədalət Azərbaycan Respublikasının ərazi bötövlüyünün toxunulmazlığından keçir. Bu ictimai rəyin arxasında yüz illərin qayda və ənənələrini özündə ehtiva edən ictimai-siyasi tarix durur. Həll mərhələlərində baş verən siyasi-ictimai proseslər göstərir ki, ərazi bötövlüyünə xələl gətirən hər hansı bir variant Cənubi Qafqazda sabitliyin əldə edilməsinə yardım edə bilməz və bölgəni daha dərin böhranlara, bitməz münaqişələrə sala bilər.

Vəkil Rövşən Qasımov adlı şəxsin şəkli.
Vəkil Rövşən Qasımov

 

 

 

 

PAYLAŞMAQ: