Ronaldo nə vaxt meydanlara qayıdır?

Ronaldo nə vaxt meydanlara qayıdır?

26.03.2019

21:31

AVRO- 2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Portuqaliya – Serbiya oyununda (1:1) Kriştianu Ronaldo zədələnib. Ulduz futbolçu 29-cu dəqiqədə oyunu davam etdirə bilməyərək, yerini Pitsiyə buraxıb.

“Yuventus”un 34 yaşlı hücumçusu zədəsi ilə bağlı açıqlama verib: “Bu zədəyə görə narahat deyiləm. Öz orqanizmimə bələdəm. Fikirləşirəm ki, bərpa dövrü 2 həftədən çox çəkməyəcək. Hər şey yaxşı olacaq”.

Ronaldo 2 hətə yaşıl meydanlardan kənarda qalsa, “Yuventus”un A seriyasında “Empoli” (30 mart), “Kalyari” (2 aprel) və “Milan”la (6 aprel) oyunlarını buraxacaq.

Onun aprelin 10-da keçiriləcək Çempionlar Liqasının 1/4 final mərhələsinin “Ayaks”la ilk matçında da meydana çıxması sual altındadır.

PAYLAŞMAQ: