“Atletiko-Madrid”in Lucaz Hernandezi “Bavariya”da.

“Atletiko-Madrid”in Lucaz Hernandezi “Bavariya”da.

Mart 27, 2019

 

Yeni mövsümdə heyətində köklü dəyişikliklər etməsi gözlənilən “Bavariya”, bu istiqamətdə ilk addımı atıb.

Bavariya komandası rəsmi olaraq Atletiko Madriddə oynayan Fransız müdafiəçi Lucas Hernandezi 80 milyon Avro qarşılığında transfer etdiyini rəsmən açıqlayıb.

Həm dayaq yarım müdafiəçisi həm də sol cınaq müdafiəçisi kimi oynamağı bacaran 23 yaşlı gənc futbolçu ilə 5 illik müqavilə bağlanılıb. Fransa yığmasında da oynayan Lucaz Hernandez iyulun 1-də yeni komandasına qoşulacaq.

PAYLAŞMAQ: