Sulşer artıq “Yunayted”in daimi sakinidir

Sulşer artıq “Yunayted”in daimi sakinidir

Mart 30, 2019

“Mançester Yunayted” baş məşqçi Ula-Qunnar Sulşerlə 3 illik müqavilə bağlayıb. Norveçli mütəxəssis ötən ilin dekabrında Joze Mourinyonu əvəzləsə də, onunla ilkin olaraq cari mövsümün sonuna kimi anlaşma imzalanmışdı.

Sulşerin rəhbərliyi altında İngiltərə Premyer Liqasında 13 oyuna çıxan “Mançester Yunayted” bu görüşlərin 10-da qalib gəlib. MY Sulşerin gəlişindən sonra yalnız bir matçda uduzub.

Bundan başqa, Mançester klubu Çempionlar Liqasında PSJ-ni mübarizədən kənarlaşdıraraq, 1/4 finala yüksəlib.

PAYLAŞMAQ: