Qoşqar Təhməzli: məqsədimiz qida təhlükəsizliyini Avropa standartlarına uyğunlaşdırma

Qoşqar Təhməzli: məqsədimiz qida təhlükəsizliyini Avropa standartlarına uyğunlaşdırma

Mart 30, 2019

“Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyətinin Fransaya səfəri dövlət başçısının ölkədə həyata keçirdiyi institusional islahatların icrasını əks etdirir. Agentliyimizin əməkdaşları Ümumdünya Heyvan Sağlamlığı və Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatlarının baş direktorları və nümayəndə heyətləri ilə məhsuldar görüşlər keçirdi. Görüşlərin əsas məqsədi heyvan sağlamlığı və baytarlıq nəzarətinin, eləcə də bitki sağlamlığı və fitosanitar nəzarətin tətbiqi ilə bağlı Avropa standartlarının və təcrübəsinin öyrənilməsi idi”. Bu fikirləri Fransada səfərdə olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli AZƏRTAC-a müsahibəsində söyləyib.

PAYLAŞMAQ: