Hərbi Hava Qüvvələrinin hissə və bölmələri peşəkarlığını artırır

Hərbi Hava Qüvvələrinin hissə və bölmələri peşəkarlığını artırır

May 16, 2019

2019-cu ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin hissə və bölmələri arasında “Ən yaxşı heyət” və “Ən yaxşı kiçik mütəxəssis” adı uğrunda yarışlar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qoşunların silahlanmasında olan müxtəlif döyüş texnikasının heyət və ekipajlarının cəlb olunduğu yarışlarda şəxsi heyətin döyüş tapşırıqlarını yerinə yetirməsi üzrə nəzəri bilikləri, praktik vərdişləri və fiziki hazırlıqları yoxlanılıb.

Sonda normativləri yüksək səviyyədə yerinə yetirən heyətlər komandanlıq tərəfindən mükafatlandırılıb

 

PAYLAŞMAQ: